Dünən dünyanın bir çox ölkəsinin nümayəndələrinin toplantıya qatılmadığı bir vaxtda BMT-nin Baş Assambleyasında mayın 19-da helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisiyə anma mərasimi keçirilib.
Ednews xəbər verir ki, BMT-nin 193 üzv ölkəsi arasında mərasimə yalnız 90 ölkənin nümayəndəsi qatılıb.
Nyu-Yorkda Baş Assambleyanın zalında keçirilən anım mərasimində yerlərin yarıdan çoxunun boş qalması geniş əks-səda doğurub.
Qeyd olunub ki, anma mərasimi ilə eyni zamanda BMT-nin mənzil-qərargahı ətrafında keçirilən etirazaksiyasına qatılan hüquq müdafiəçisi Həsən Naibhaşemi İran prezidenti Rəisini insanlığa qarşı cinayətlər törətməkdə ittiham edib.
Fərid