NATO-nun Brüsseldə keçirilən zirvə toplantısında dövlətlər təhlükəsizlik məsələlərini müzakirə edib.
Ednews Qərb mediasına istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın təşkilat üzvlərinə qarşı təzyiqi artırdığını bildirib. Qeyd edək ki, o, kiber təhlükəsizlik sahəsində yeni müharibənin başladığını bildirib.
Stoltenberq dünya dövlətlərinə xəbərdarlıq edərək bildirib ki, Rusiya Qərbə qarşı çox ciddi kəşfiyyat fəaliyyəti aparır.
Fərid