Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında 20 İyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, paylaşımda deyilir:
“Ümumdünya Qaçqınlar Günündə biz azərbaycanlı qaçqınların gücünə və cəsarətinə hörmətlə yanaşır və onların öz evinə ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq hüququna malik olduğunu qeyd edirik. Azərbaycan qaçqınlarını atdıqları hər addımda qoruyur, dəstəkləyir və onların təhlükəsiz və inklüziv gələcəyə olan ümidlərini bölüşür”.
Xatırladaq ki, Ümumdünya Qaçqınlar Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyada qaçqınların problemini vurğulamaq üçün təsis edilmiş beynəlxalq gündür. Bu, hər il iyunun 20-də qeyd olunur.