“İran terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”.
Ednews - un xəbərinə görə İranın yeni prezidenti Məsud Pezeşkian HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda qətlə yetirilməsindən sonra “X” hesabında yazıb:
“Bu gün İran öz kədər və sevincinin şəriki, müqavimət yolunun daimi və fəxarətli yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi İsmayıl Həniyəyə matəm saxlayır. Dünən onun qalib əlini qaldırdım, bu gün isə onu çiyinlərimdə dəfnə aparmalıyam. Şəhidlik Allah adamlarının hünəridir. İki qürurlu İran və Fələstin xalqı arasındakı bağlar əvvəlkindən daha möhkəm olacaq, müqavimət və məzlumların müdafiə yolu hər zamankından daha güclü şəkildə qət ediləcək. İran öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”.
Əkbər Novruz