Ermənistan müharibə fikrindən qurtulub inkişaf etmək üçün nə etməlidir? – Politoloq açıqlayır

Siyasət 11:00 02.08.2024

İllərdir regionda öz qapılarını sağlam siyasi münasibətlərə və ticarətə bağlayan Ermənistan bundan sonra ilk növbədə Türkiyə ilə bu münasibətləri bərpa etməyə çalışır. İrəvan hazırki vəziyyətdə siyasi çaşqınlıq və xaotik siyasət yürütməkdən qurtula bilmir.

Ermənistanın ən böyük problemlərindən biri olan iqtisadiyyatını dirçəltmək və siyasi azadlıq qazanmaq üçün Türkiyə vasitəsi ilə Qərbə yönəlməyə, beləcə Rusiya asılılığını sonlandırmağa cəhd etməsi onu hara sürükləyir?

“Cənubi Qafqazda yeni şərtlərin yaradılmasından sonra münasibətlərin sülh yolu ilə tənzimlənməsi Qafqaz ölkələri arasında münasibətlərin formalaşması üçün tarixi şans yaradılıb. Bu tarixi şans ölkəmizi çox ciddi sülh və barış bölgəsinə çevirməklə yanaşı, həm də unikal imkanlardan istifadə edərək dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirə bilərik. Burada təbii ki, başlıca şərt əlaqələrin normallaşdırılması və sülh müqaviləsinin bağlanmasıdır. Çünki, Ermənistanın Azərbaycana, eləcə də digər qonşu ölkələrə qarşı ərazi iddiaları, işğalçılıq siyasəti və illərdir davam edən müharibə vəziyyəti Cənubi Qafqazda qarşılıqlı siyasi-iqtisadi əlaqələrin qurulmasına mane olub.” 

Bu fikirləri Ednews-a açıqlamasında politoloq Anar Əliyev Ermənistanın Türkiyə ilə sərhədləri açmaq üçün dəfələrlə müraciət etdiyini və bununla da Azərbaycan-Türkiyə münasibtələrinə xələl gətirmək niyyətində olduğunu bildirib:

“Hələ torpaqlarımız işğal altında olarkən İrəvan dəfələrlə Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsini gündəmə gətirib. Hələ 2009-cu ildə tarixə Sürix protokolları kimi düşən bir sənəd də imzalanmışdı. Amma, daha sonradan Türkiyə və Ermənistan arasında bu sənəd qüvvəyə minmədi. Bu gün Ermənistanın havadarları tərəfindən belə bir iddia irəli sürülüb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan öncə Türkiyə ilə sərhədlərin açılması üzrə addımlar atılır. Hətta bir neçə gün bundan öncə Ermənistan Baş naziri Türkiyə ilə sərhədə səfər etmiş və bununla da Ermənistan-Türkiyə münasibətlərini Azərbaycan-Türkiyə münasibətlərindən ayırmağa çalışmışdı. 

Bütün bunlara rəğmən, Türkiyə Xarici İşlər naziri hakan Fidan Ankaranın mövqeyini bir daha açıq və qəti şəkildə müəyyən etdi. O, bəyan etdi ki, Ermənistanın Türkiyə ilə münasibətləri onun Azərbaycanla olan münasibətlərindən asılıdır. Ermənistan nə qədər ki Azərbaycanla sülh müqaviləsi bağlamaqdan imtina edir və sülh yolunda addımlar atmırsa, bu birbaşa olaraq Ermənistanla Türkiyə arasında münasibətlərə də bir zərbədir.”

-c02f9de3170955316335536511510539589.png

Ekspert bildirib ki, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasında Qərbin və Rusiyanın xüsusi maraqları var:

”Amma, təbii ki, Ermənistanı Qərbyönümlü bir ölkəyə çevirərək onu Rusiyadan uzaqlaşdırmağa çalışan Qərb dövlətləri də Ermənistanı birbaşa olaraq Rusiya təsirindən çıxara bilməyəcəklərini dərk etməkdədir. Ona görə də, Azərbaycanla münasibətlərin girovu olmadan Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması üçün çox ciddi cəhdlər edilir və bu barədə Türkiyəyə təzyiqlər də artmaqdadır. Türkiyə ilə iqtisadi, ticarət və enerji əlaqələri yaranarsa Ermənistanın Rusiya asılılığından çıxmaq prespektivləri reallaşa bilər. 

Lakin, Türkiyəyə edilən şirnikləndirici təkliflərlə qardaş olan Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə bilməyəcəklər. Türkiyə, Azərbaycan- Ermənistan əlaqələri normallaşmadan sərhədlərin açılmasına yol verməyəcək.”

Ermənistan Azərbaycanla sülh yönündə əlaqələrə başlayarsa, bu onun iqtisadi inkişafına və Rusiyadan asılılığının azalmasına gətirib çıxaracaq: 

“Əgər Qərb və erməni havadarları Türkiyənin bu mövqeyini başa düşəcəklərsə, bu Ermənistan üçün də müsbət bir hadisə olacaq. Bunun üçün Ermənistan Azərbaycana qarşı revanşist düşüncələrdən bir mənalı şəkildə uzaqlaşmalı və sülhpərvərlik nümayiş etdirməlidir.

İrəvana bununla həm də ölkənin enerji, bank, maliyyə və digər iqtisadi sektorlarının Rusiya asılılığını sonlandıra bilər. Ermənistan Türkiyə bazarlarına çıxış əldə edə bilər. Beləcə, Ermənistanın Rusiyadan təbii qaz asılılığının da perspektivləri formalaşmış olur. Bu da təbii ki, Cənubi Qafqazın və onunla sərhəddə olan dövlətlərin maraqlarına uyğun olan Orta dəhlizin daha cəlbedici bir layihə kimi ortaya çıxmasına təkan verəcəkdir. Zəngəzur dəhlizinin əhəmiyyəti, iqtisadi səmərəliliyi və zaman baxımından uyğunluğu daha da artmış olacaqdır. Ermənistan bununla da böyük gəlirlər əldə edərək dünya bazarına inteqrasiya etmək imkanları qazanacaq. Əks halda, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi altında biz Ermənistanı necə dalanda saxlamışdıqsa, Cənubi Qafqazda baş verən meqa layihələrdən necə kənarda tutmuşduqsa, bundan sonra da Ermənistan dalan dövləti olaraq qalacaqdır.”

Fərid

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
Hamısı