Bu il Xocavəndə ilk köç nəzərdə tutulur.
“EDnews” xəbər verir ki , bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır:
“Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.
Fatimə Mərdanlı // EDnews