İranın son həftələr ərzində uran ehtiyatlarını gizlətmək və qorumaq üçün fəal tədbirlər gördüyü iddia edilir.
EDnews xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının mümkün hərbi əməliyyatlar və ya xarici müdaxilə fonunda ələ keçirilməsinin qarşısını almaq üçün əlavə addımlar atıb.
İddialara əsasən, bəzi yeraltı tunellər qəsdən bağlanıb, girişlərdə isə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Mənbələr bildirirlər ki, İran bu addımlarla strateji materialların yerləşdiyi obyektlərə çıxışı çətinləşdirməyə çalışır.
Rəsmi Tehran hələlik bu iddialarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, İranın nüvə proqramı uzun müddətdir beynəlxalq müzakirələrin əsas mövzularından biridir. Qərb ölkələri Tehranın nüvə fəaliyyətinin hərbi məqsədlər daşıya biləcəyindən narahatdır. İran isə nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu bildirir.
.jpg)




.jpg)

