Bu gün Dövlət Gömrük Komitəsində Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev ilə görüş keçirilib.
EDnews Komitəyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkmənistanın gömrük xidmətləri arasında mövcud əlaqələrdən məmnunluq ifadə olunub və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər qarşılıqlı olaraq qabaqcıl təcrübə mübadiləsi barədə məlumat verib, informasiya texnologiyaları, gömrük statistikası, risklərin idarə olunması, dəniz limanlarında gömrük işinin təşkili və digər sahələr üzrə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd olunub ki, iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq regional ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.








