ABŞ-nin Utah ştatında “Iron” adlanan ərazidə baş verən meşə yanğını genişlənərək böyük sahəyə yayılıb.
EDnews xəbər verir ki, yanğın Eureka şəhəri yaxınlığında təsirini artırdığı üçün ərazidə təxliyə əmri qüvvəyə minib.
Rəsmilərin məlumatına görə, yanğın xüsusi mülkiyyətə məxsus ərazidə başlayıb və güclü küləyin təsiri ilə üç müxtəlif istiqamətə yayılıb.
Bildirilib ki, hazırda təxminən 8 min 800 hektar sahə alovdan zərər görüb. Yanğının yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən təhlükəsizlik məqsədilə bir avtomobil yolunun hərəkətə bağlandığı açıqlanıb.
Fövqəladə xidmət orqanları yanğının yaşayış ərazilərinə çatmasının qarşısını almaq üçün əməliyyatları davam etdirir, təxliyə qərarının isə vəziyyətə uyğun olaraq yenidən qiymətləndiriləcəyi bildirilib.







