Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub.
EDnews xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Peru ilə Azərbaycan arasında dostluq və diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş bu musiqi gecəsini bizimlə bölüşdükləri üçün Azərbaycanın əziz dostlarına səmimi minnətdarlığımızı bildiririk", - məlumatda qeyd olunub.







