Sabah Azərbaycandan Ermənistana benzin və dizel yanacağı göndəriləcək.
EDnews xəbər verir ki, sabah Azərbaycandan Ermənistana ümumi həcmi 971,392 ton olan 18 vaqon A-92 markalı avtomobil benzini və 466,515 ton təşkil edən 8 vaqon dizel yanacağı göndəriləcək.
Bu barədə məlumatı Azərbaycan Dəmir Yolları verib.
Məlumata əsasən, benzin və dizel yanacağı daşıyan qatar Bakıdakı Biləcəri stansiyasından yola salınacaq.







