Merts Rusiyanı danışıqlara başlamağa çağırıb.
EDnews xəbər verir ki, Almaniya kansleri Friedrich Merz Rusiyanı Ukraynadakı müharibə ilə bağlı danışıqlara başlamağa və cəbhə xəttini dondurmağa çağırıb.
“Bu gün biz Rusiyaya aydın mesaj göndəririk: danışıqlara başlamağın və cəbhə xəttini dondurmağın vaxtı çatıb”, - deyə kansler bildirib.
Merts vurğulayıb ki, Avropa ölkələri hazırda Ukraynanın yanında dayanır və gələcəkdə “Avropa ailəsinin” üzvü olacaq ölkəyə dəstəyini davam etdirir. Onun sözlərinə görə, Kiyevə silah tədarükü davam etməlidir, çünki “Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi deməkdir”.
Xatırladaq ki, iyunun əvvəlində Almaniya kanslerinin mətbuat katibi Stefan Kornelius Avropa liderlərinin Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda aparıcı rol oynamağa hazır olduqlarını bildirmişdi. Onun sözlərinə görə, tammiqyaslı danışıqların bərpası həftələr, hətta aylar çəkə bilər.






