Beynəlxaql Avrasiya Mətbuat Fondunun ofisində Ukraynalı siyasi xadim, “Ukraynanın Avropa hərəkatı” QHT-sinin rəhbəri Vadim Truxanla fondun sədri Umud Mirzəyev arasında görüş keçirilib.
Görüşdə hər iki vətəndaş cəmiyyəti təmsilçisi arasında əməkdaşlıq imkanları müzakirə olunub. Cənab Mirzəyev bu sahədə əlaqələrin vacibliyini vurğulayıb və gələcək əməkdaşlıq imkanlarına toxunub. Fondun vətəndaş cəmiyyətinin təşəkkülü, sülhü təbliğ etmə tədbirlərində iştirakı, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyəti barədə danışan U.Mirzəyev BAMF-ın missiyası və hədəfləri haqqında ukraynalı qonağa geniş məlumat verib.
Fondun sədri cənab Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 20 ildən çox təcrübəyə malik olduğunu bildirib və yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu Ukraynalı rəsminin diqqətinə çatdırıb. Sonda tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açır və hər iki tərəf üçün çox uğurlu oldu.