Türk dövlətləri transsərhəd, təbii fəlakət, qeyri-qanuni miqrasiya və hibrid təhdidlərə qarşı da birləşməlidir.
“EDnews” xəbər verir ki , bunu Şimali Kipr Məclisinin Hüquq, siyasi məsələlər, xarici əlaqələr və müdafiə komitəsinin sədri Yasemi Öztürk Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.
O, türk dövlətlərinə müraciət edərək bildirib ki, bu gün Türk dünyasının bir hissəsi olan Şimali Kiprin haqlı mübarizəsi də təhlükəsizlik sahəsində ortaq fəaliyyət göstərilməsini daha zəruri edir:
"Şimali Kiprin Türk dünyası arasında oynadığı rol mühüm elementdir və hər bir üzv ölkə üçün vacib amildir. Bu kontekstdə ölkələrimizin parlamentləri arasında qurulan dostluq qrupunun fəaliyyəti təqdirəlayiqdir".
Fatimə Mərdanlı // EDnews