Xalq Ermənistanı, yoxsa Paşinyanı xilas edəcək? - ŞƏRH

Xalq Ermənistanı, yoxsa Paşinyanı xilas edəcək? - <span class="text-danger">ŞƏRH</span>

Ermənistanda qarşıdan gələn seçkilər təkcə daxili siyasi rəqabət baxımından deyil, həm də ölkənin gələcək geosiyasi kursu üçün mühüm sınaq kimi qiymətləndirilir.

Son dövrlər Moskva ilə İrəvan arasında münasibətlərin gərginləşməsi, Ermənistan hakimiyyətinin Qərbə inteqrasiya meyilləri və Rusiyanın regiondakı təsir imkanlarını qorumaq cəhdləri seçki prosesini daha da həssas mərhələyə daşıyıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Ermənistanı yalnız ermənilər xilas edə bilər” fikri də bu baxımdan təsadüfi mesaj kimi görünmür. 

Mövzu ilə bağlı EDnews-a danışan siyasi şərhçi Elçin Alıoğlu qeyd edib ki, Ermənistanın ermənilər tərəfindən xilas olunması fikri siyasi reallıqlara müəyyən mənada uyğun gəlir:

Elcin-Alioglu1.jpg

"Qarşıdakı seçkilərdə ermənilər əslində çox sadə bir seçim edəcəklər: ya inkişaf, iqtisadiyyatın bərpası, kommunikasiyaların açılması istiqamətində addım atacaqlar, ya da yenidən bütün dünyaya “ermənilərə borclusunuz”, “bizə kömək edin” kimi yanaşmalarla keçmiş ritorikaya qayıdacaqlar. Digər seçim isə yenidən Rusiyanın köləsi olmaq, Moskvadan verilən əmrlər əsasında hərəkət etmək və davranmaqdır. Bütün bunların nəticəsində Ermənistan müstəqilliyi üçün önəmli olan böyük bir qismini faktiki olaraq Rusiyanın nəzarətinə vermiş olur".

Siyasi şərhçinin fikrincə, bu seçkilər çox gərgin keçəcək:

"Seçkiqabağı təşviqat və təbliğat kampaniyasında əsasən üç siyasi qüvvə ön plana çıxır. Birincisi, "kriminal oliqarxiya" nümayəndələri ilə əlaqəli olan “Aslan” Partiyasıdır. İkincisi, sabiq prezident Robert Koçaryanın “Ermənistan” blokudur. Üçüncüsü isə guya müstəqil olan, əslində isə Rusiya tərəfindən maliyyələşdirilən və Moskvanın seçkilərə daxil etdiyi blokdur. İlk baxışdan Rusiya rəsmilərinin, o cümlədən Mariya Zaxarovanın, xarici işlər naziri Sergey Lavrovun, baş nazirin müavini Aleksey Overçukun və Putinin açıqlamaları belə bir görüntü yaradır ki, Rusiya Ermənistanda çevrilişə hazırlaşır. Hətta Ermənistanın “ikinci Ukrayna” ola biləcəyi ilə bağlı fikirlər də səsləndirilir.

Əslində isə məsələ bir qədər fərqlidir. Nikol Paşinyan Rusiya üçün bu gün Ermənistanda ən əlverişli namizəddir. Çünki Nikol Paşinyan seçilməsə, onun baş nazir postunu açıq şəkildə qərbyönümlü və Qərbə meyilli bir fiqur tuta bilər. Bu isə Rusiyanın illər, hətta əsrlər boyu Ermənistanla bağlı qurduğu konstruksiyalara ciddi zərbə vura və onları deformasiyaya uğrada bilər. Buna görə də diqqət etsək görərik ki, Paşinyanın reytinqi hər dəfə aşağı düşəndə Rusiya hədə, ultimatum və təhqirləri artırır, nəticədə isə onun reytinqi avtomatik olaraq qalxır. Burada görünməyən ikinci tərəf də var: Rusiya Paşinyanın hakimiyyətdə qalmasını istəyir, lakin onun idarəolunan olmasına çalışır. Moskva Paşinyanın tam müstəqil siyasət aparmasını istəmir".

Elçin Alıoğlu onu da əlavə edib ki, Rusiyanın Ermənistanda rusiyapərəst qüvvələri maliyyələşdirməsinin səbəbi Paşinyana təzyiq elementlərinin güclənməsidir:

"İlk baxışdan bu, mürəkkəb siyasi konstruksiya təsiri bağışlaya bilər, amma əslində çox sadə və primitiv ssenaridir. Ona görə də Rusiya bu seçkilərdə mütləq şəkildə öz maraqlarını qorumaq istəyir. Rusiyanın əsas marağı isə iqtisadiyyatda cəmlənib. Məsələn, Ermənistanın dəmir yolu şəbəkəsində Rusiyanın ciddi təsiri var. Elektrik şəbəkəsi, qazpaylama sistemi və “Qazprom”un Ermənistan üzrə fəaliyyəti də bu təsirin mühüm hissəsidir. Nəticə etibarilə ermənilər seçim etməlidir: ya geriyə qayıdacaqlar, ya da gələcəyə doğru kiçik, kövrək də olsa, addım atacaqlar".

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Bu seçkilər ölkənin gələcək siyasi kursu, Rusiya ilə münasibətləri və Qərbə inteqrasiya istiqamətində atılacaq addımlar baxımından mühüm əhəmiyyət daşıyır.

Aytac Kərimova | EDnews 

Xəbər xətti

Putin Rusiyanın İrana silah vermədiyini bildirib
21:10
Möhsün Rzayi Xameneinin Trampla görüşməyəcəyini bildirib
20:55
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı 4-ə çatıb
20:45
MEDİA Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddiaları təkzib edib
20:30
Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir
19:39
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
19:27
Monqolustan Prezidenti Azərbaycan liderini təbrik etdi
18:55
Milli Məclisi CNN-i iddiaları ilə bağlı BƏYANAT YAYDI
18:53
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib - FOTOLAR
18:45
5 ayda sərnişin daşınmasını 16 % artırıb - ADY
18:35
Regionlara yeni ambulans və reanimobilləri təhvil verilib
18:26
Xalq Ermənistanı, yoxsa Paşinyanı xilas edəcək? - ŞƏRH
18:14
Vinçentso İtalyano “Beşiktaş”la müqavilə üçün İstanbula gəlib
18:00
"Hər şeyin alternativi var, sülhün alternativi yoxdur”
17:50
Amerikalı jurnalist Çin hökumətinin agenti kimi işlədiyini qəbul etdi
17:40
Akademik Akif Əlizadə direktor vəzifəsindən çıxarılıb
17:28
İş yerindən 6 ton metal avadanlıq oğurlayan şəxs saxlanılıb
17:18
Əsassız ittihamlar, "quru böhtanlar" CNN prinsipləri belə "çeynədi"...
17:04
Koçaryanın gizli planı ifşa olundu: Əsgərlərini belə qurban verib
17:01
Enerji böhranı qlobal ərzaq inflyasiyasını artıra bilər
16:45
Ölkəyə avtomobil idxalı azaldı: Qiymətlər bahalaşacaq?
16:30
BMT-dən Xəzərlə bağlı həyəcan təbili: Sahil xətti geri çəkilir
16:23
Bakıda yağış yağacaq, şimşək çaxacaq
16:15
Rusiya Əfqanıstana dizel və taxıl tədarük edəcək
16:07
BAMF Əşrəf Veysəllinin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
15:58
Bəs Tramp-Xamenei görüşü real görünürmü? - RƏY
15:55
Mehriban Əliyeva sosial mediada minifutbol yığmamız ilə bağlı paylaşım edib edib
15:51
Rusiya və Ukrayna arasında mübadilə həyata keçirilib
15:49
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
15:40
Prezident Azərbaycan Minifutbol Federasiyası ilə bağlı sərəncam imzaladı
15:30
Müctəba Xamenei 2 mindən çox məhbusu əfv edib
15:20
Rusiya XİN Azərbaycana başsağlığı verib
15:11
“Milli maraqlarımızdan geri çəkilməyəcəyik” - Yunanıstandan SƏRT MESAJ
14:59
İsraildə Netanyahuya qarşı NARAZILIQ artır
14:53
Nazirliyə qəbul: kimlər imtahansız müsahibəyə buraxılacaq?
14:45
Zelenski Putinə görüş və atəşkəs təklif etdi
14:36
Azərbaycan CNN-in iddialarını qətiyyətlə rədd etdi
14:29
Albaniyada Trampın kürəkəni ilə bağlı layihəyə etirazlar artır | VİDEO
14:20
Ruslan Eyyubov həbsdən azad edildi
14:15
Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edib
14:05
Müəllimini güllələyən şagirdin valideynləri GÖRÜN NƏLƏR DANIŞDI
13:50
Azərbaycanlıların olduğu gəmilərin vuruluması ilə bağlı RƏSMİ MƏLUMAT
13:38
Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü – milli kimlik
13:23
TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər necə vurulub? - DETALLAR
13:17
Zelenskinin Putinə məktubunda nələr yazılıb? - DETALLAR
13:05
Bakıdan Varşavaya uzanan elm və tərcümə körpüsü
13:03
Geologiya İnstitutuna yeni direktor təyin olundu - FOTO
12:50
Sabahın havası açıqlandı
12:47
MM-də yeni təklif ilk oxunuşda qəbul olundu
12:32
Bu diplomatların varislərinə müavinət ödəniləcək
12:15
SON DƏQİQƏ! Dubay şahzadəsinin azərbaycanlı arvadı saxlanıldı
11:40
Prezident İlham Əliyevdən Ümumdünya Ətraf Mühit Günü iştirakçılarına müraciət
11:30
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
11:26
Azərbaycan XİN Danimarkanı təbrik etdi
11:22
Bu ərazidə 1500-dən çox abonentin qazı kəsiləcək
10:55
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə qarşılaşacaq
10:29
İlham Əliyev minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:11
Dünya bazarında “Azeri Light”ın qiyməti azalıb
09:40
Sabiq prezidenti Leonid Kuçma Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
08:20
Ankarada bütün tədbirlər ləğv edildi -SƏBƏBİ AÇIQLANDI
07:47
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR