Əsassız ittihamlar, "quru böhtanlar" CNN prinsipləri belə "çeynədi"...

Əsassız ittihamlar, "quru böhtanlar" <span class="text-danger">CNN prinsipləri belə "çeynədi"...</span>

"Bu, jurnalistika prinsiplərinin pozulmasıdır. Digər tərəfdən, məsələ təkcə jurnalistika qaydaları ilə də məhdudlaşmır, bu, ümumilikdə etik davranış normalarına ziddir. Hər hansı bir dövlətə qarşı ciddi, əsassız ittiham irəli sürmək, bunu heç bir sübut olmadan təqdim etmək yolverilməzdir".

Bu fikirləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunan məqalədə Azərbaycanla bağlı yer alan iddialar haqda EDnews-a danışarkən bildirib.  

 1598355216_xeyal-b-eshirov-2.jpg

O, bildirib ki, bəzən İran tərəfindən də bu cür fikirlər səsləndirilirdi. Həmin fikirlər ya müəyyən dairələr, ya da İranda ciddi söz sahibi olmayan şəxslər tərəfindən irəli sürülürdü və biz də onlara cavab verirdik:

"Lakin CNN kimi məsələlərə neytral yanaşmalı, şəffaf və ədalətli informasiya yaymaq öhdəliyi olan media qurumunun belə iddialar səsləndirməsi onu göstərir ki, bu gün dünyada təkcə beynəlxalq hüququn işləmədiyini deyil, həm də etik davranış qaydalarının və prinsiplərinin pozulduğunu görürük. Azərbaycan bu məsələlərlə bağlı mövqeyini hər zaman açıq şəkildə bildirib. Baxmayaraq ki, İrandan Azərbaycana qarşı müxtəlif fikirlər səsləndirilib, hətta İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra bəzi xoşagəlməz hallar yaşanıb, Azərbaycan Prezidenti və Azərbaycan dövləti buna münasibətini bildirib, sərt reaksiyasını ortaya qoyub. Bununla belə, ölkəmiz bütün dövlətlərə, o cümlədən qonşu ölkələrə münasibətdə ərazi bütövlüyünün və suverenliyin toxunulmazlığından yana olub".

Politoloq vurğulayıb ki, İrana qarşı edilən müdaxilə ilə bağlı da Azərbaycanın mövqeyi açıq və birmənalı olub:

"Biz hesab edirik ki, heç bir dövlətin, o cümlədən İranın ərazi bütövlüyü bu cür təhlükələrlə üz-üzə qalmamalıdır. Azərbaycanın Rusiya-Ukrayna müharibəsindəki mövqeyi də eyni prinsipə əsaslanır. Biz bütün dövlətlərə və bütün proseslərə münasibətdə ərazi bütövlüyü prinsipini əsas götürürük. Əgər Azərbaycanı bu cür məsələdə ittiham edirlərsə, o zaman sübut ortaya qoymalıdırlar. Ötən ilin iyun ayında 12 günlük müharibə oldu. Həmin dövrdə də bəzi fikirlər səsləndirilirdi ki, guya hücumların bir qismi Azərbaycan ərazisindən həyata keçirilib və ölkəmiz İsrail kəşfiyyatçıları hazırlanaraq İrana göndərilib. Lakin bu iddialarla bağlı heç bir sübut təqdim olunmadı".

Xəyal Bəşirov onu da əlavə edib ki, əgər ortada hər hansı sübut olsaydı, İran özü bu məsələ ilə bağlı faktlar təqdim edər, bütün dünyaya göstərərdi ki, hücumlar Azərbaycan ərazisindən təşkil olunub. Əgər belə sübut yoxdursa, deməli, bunlar cəfəng, əsassız və ciddi qəbul olunmayan iddialardır: 

"CNN-in bu gün dünyada mövqeyinin zəifləməsi, informasiya siyasətinə etimadın azalması da məhz belə hallarla bağlıdır. Bəzən gündəmə gəlmək üçün hər hansı mövzu ortaya atılır. Xüsusilə Azərbaycanla bağlı bu cür əsassız iddiaların səsləndirilməsi onlara sadəcə qısa müddətlik gündəmə gəlmək imkanı verir. Bu baxımdan, Azərbaycan bu iddialara lazımi cavabı verir, amma onlara həddindən artıq ciddi yanaşmağa da ehtiyac yoxdur. Hər halda, əgər ortada əsaslı fakt olsaydı, düşünürəm ki, aidiyyəti tərəflər bununla bağlı lazımi addımları atardılar".

Xatırladaq ki, 5 iyun tarixində “CNN World” xəbər kanalının internet səhifəsində dərc olunan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, həmçinin İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əsassız iddialar əks olunub. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi barədə iddialar əsassızdır. Azərbaycan tərəfi CNN-dən əsassız iddiaların yer aldığı məqalənin təkzib edilməsini gözləyir.

Aytac Kərimova | EDnews 

Xəbər xətti

Putin Rusiyanın İrana silah vermədiyini bildirib
21:10
Möhsün Rzayi Xameneinin Trampla görüşməyəcəyini bildirib
20:55
Gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı 4-ə çatıb
20:45
MEDİA Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddiaları təkzib edib
20:30
Putin: Rusiya və Ukrayna öz aralarında əsas məsələləri həll etməlidir
19:39
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib
19:27
Monqolustan Prezidenti Azərbaycan liderini təbrik etdi
18:55
Milli Məclisi CNN-i iddiaları ilə bağlı BƏYANAT YAYDI
18:53
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib - FOTOLAR
18:45
5 ayda sərnişin daşınmasını 16 % artırıb - ADY
18:35
Regionlara yeni ambulans və reanimobilləri təhvil verilib
18:26
Xalq Ermənistanı, yoxsa Paşinyanı xilas edəcək? - ŞƏRH
18:14
Vinçentso İtalyano “Beşiktaş”la müqavilə üçün İstanbula gəlib
18:00
"Hər şeyin alternativi var, sülhün alternativi yoxdur”
17:50
Amerikalı jurnalist Çin hökumətinin agenti kimi işlədiyini qəbul etdi
17:40
Akademik Akif Əlizadə direktor vəzifəsindən çıxarılıb
17:28
İş yerindən 6 ton metal avadanlıq oğurlayan şəxs saxlanılıb
17:18
Əsassız ittihamlar, "quru böhtanlar" CNN prinsipləri belə "çeynədi"...
17:04
Koçaryanın gizli planı ifşa olundu: Əsgərlərini belə qurban verib
17:01
Enerji böhranı qlobal ərzaq inflyasiyasını artıra bilər
16:45
Ölkəyə avtomobil idxalı azaldı: Qiymətlər bahalaşacaq?
16:30
BMT-dən Xəzərlə bağlı həyəcan təbili: Sahil xətti geri çəkilir
16:23
Bakıda yağış yağacaq, şimşək çaxacaq
16:15
Rusiya Əfqanıstana dizel və taxıl tədarük edəcək
16:07
BAMF Əşrəf Veysəllinin vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
15:58
Bəs Tramp-Xamenei görüşü real görünürmü? - RƏY
15:55
Mehriban Əliyeva sosial mediada minifutbol yığmamız ilə bağlı paylaşım edib edib
15:51
Rusiya və Ukrayna arasında mübadilə həyata keçirilib
15:49
Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib
15:40
Prezident Azərbaycan Minifutbol Federasiyası ilə bağlı sərəncam imzaladı
15:30
Müctəba Xamenei 2 mindən çox məhbusu əfv edib
15:20
Rusiya XİN Azərbaycana başsağlığı verib
15:11
“Milli maraqlarımızdan geri çəkilməyəcəyik” - Yunanıstandan SƏRT MESAJ
14:59
İsraildə Netanyahuya qarşı NARAZILIQ artır
14:53
Nazirliyə qəbul: kimlər imtahansız müsahibəyə buraxılacaq?
14:45
Zelenski Putinə görüş və atəşkəs təklif etdi
14:36
Azərbaycan CNN-in iddialarını qətiyyətlə rədd etdi
14:29
Albaniyada Trampın kürəkəni ilə bağlı layihəyə etirazlar artır | VİDEO
14:20
Ruslan Eyyubov həbsdən azad edildi
14:15
Prezident Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edib
14:05
Müəllimini güllələyən şagirdin valideynləri GÖRÜN NƏLƏR DANIŞDI
13:50
Azərbaycanlıların olduğu gəmilərin vuruluması ilə bağlı RƏSMİ MƏLUMAT
13:38
Qlobal dəyər böhranı və gələcəyin geosiyasi gücü – milli kimlik
13:23
TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər necə vurulub? - DETALLAR
13:17
Zelenskinin Putinə məktubunda nələr yazılıb? - DETALLAR
13:05
Bakıdan Varşavaya uzanan elm və tərcümə körpüsü
13:03
Geologiya İnstitutuna yeni direktor təyin olundu - FOTO
12:50
Sabahın havası açıqlandı
12:47
MM-də yeni təklif ilk oxunuşda qəbul olundu
12:32
Bu diplomatların varislərinə müavinət ödəniləcək
12:15
SON DƏQİQƏ! Dubay şahzadəsinin azərbaycanlı arvadı saxlanıldı
11:40
Prezident İlham Əliyevdən Ümumdünya Ətraf Mühit Günü iştirakçılarına müraciət
11:30
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
11:26
Azərbaycan XİN Danimarkanı təbrik etdi
11:22
Bu ərazidə 1500-dən çox abonentin qazı kəsiləcək
10:55
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə qarşılaşacaq
10:29
İlham Əliyev minifutbol üzrə Azərbaycan millisini təbrik edib
10:11
Dünya bazarında “Azeri Light”ın qiyməti azalıb
09:40
Sabiq prezidenti Leonid Kuçma Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
08:20
Ankarada bütün tədbirlər ləğv edildi -SƏBƏBİ AÇIQLANDI
07:47
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR