Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlığın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
EDnews xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.
Məlumata görə, saxlanılan şəxs əvvəllər də oğurluq cinayətinə görə məhkum olunub.
Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə taladığı və daha sonra metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.


.png)

.png)


