Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Hovakimyan bu gün bildirib ki, bütün seçki məntəqələri səhər saat 7-də işə başlayıb və səhər saat 8-də seçiciləri qəbul etməyə başlayıb.
EDnews xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
"Saat 8-ə olan məlumata görə, 42.005 seçki məntəqəsindən 48-də iştirak etməyən olub. Yalnız üç halda iki sədr və bir katib iştirak etməyib. Seçki Məcəlləsi icazə verir ki, seçki komissiyasının hər hansı bir üzvü iştirak etməsə, proses onsuz da davam edir; yəni proses normal davam edir. Bu müddət ərzində təbii ki, texniki problemlər də olub və onlar sürətlə həll olunur. Hamımıza dinc və ədalətli seçkilər arzulayıram", - deyə MSK sədri bildirib.








