Ermənistanda keçirilən parlament seçkilərində saat 11:00-a olan məlumata görə, seçici fəallığı 2021-ci il seçkiləri ilə müqayisədə artıb.
EDnews xəbər verir ki, saat 11:00-a olan məlumata görə, Ermənistanda keçirilən seçkilərdə 362 657 nəfər səsvermədə iştirak edib.
Bu, seçicilərin ümumi sayının 14,48 faizini təşkil edir.
Müqayisə üçün qeyd edək ki, 2021-ci il parlament seçkilərində eyni vaxta qədər 316 291 seçici səs vermişdi.
Həmin göstərici seçicilərin 12,2 faizinə bərabər idi.
Beləliklə, hazırkı seçkilərdə saat 11:00-a olan seçici fəallığı 2021-ci illə müqayisədə daha yüksək olub.







