Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertslə görüşəcək.
EDnews xəbər verir ki, görüş Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparmaq məqsədilə keçiriləcək.
Məlumata görə, liderlər Londonda Kiyevə davamlı dəstək məsələsini müzakirə edəcəklər.
Görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri və sülh yolu ilə həllin irəliləməsi istiqamətində mümkün addımların da gündəmə gətiriləcəyi gözlənilir.
Bildirilib ki, danışıqlar münaqişəyə son qoymaq üçün yolların tapılması məqsədilə davam edən diplomatik səylər fonunda baş tutacaq.







