Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunmasının vacibliyini vurğulayıb və Yerevanın hazırkı xarici siyasət kursunu tənqid edib.
EDnews xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkənin xarici siyasəti və Rusiya ilə münasibətləri barədə açıqlama verib.
Bir sıra media orqanlarının məlumatına görə, Köçəryanın fikirləri Ermənistan siyasi arenasında Rusiyanın mövqeyini dəstəkləmək kimi qiymətləndirilib.
Keçmiş prezident Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunmasının vacib olduğunu bildirib.
O, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinə səbəb ola biləcək addımlara qarşı xəbərdarlıq edib.
Köçəryan həmçinin qeyd edib ki, Ermənistanın xarici siyasəti əsas güc mərkəzlərini bir-birinə qarşı qoymaq üzərində qurulmamalıdır.
Onun bu açıqlamaları Paşinyan hakimiyyətinin Qərblə yaxınlaşma siyasəti fonunda diqqət çəkib.







