Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Rusiya arasında mövcud gərginliyin süni xarakter daşıdığını bildirib.
EDnews xəbər verir ki, Nikol Paşinyan bu açıqlamanı parlament seçkilərində səs verdikdən sonra verib.
Paşinyan bildirib ki, Ermənistanla Rusiya arasındakı münasibətlər institusional əsasa malikdir.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət prinsipi üzərində qurulub.
Ermənistan Baş naziri qeyd edib ki, hazırda tərəflər arasında müşahidə olunan gərginlik süni xarakter daşıyır.
Paşinyan bununla Ermənistan-Rusiya münasibətlərindəki son proseslərə münasibət bildirib.








