Bakının Binəqədi rayonunda yanğın hadisəsi qeydə alınıb.
EDnews xəbər verir ki, hadisə rayonun 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Nazirliyin operativ müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb və alov qısa müddətdə məhdudlaşdırılıb.
Təhlükəsizlik məqsədilə binada yaşayan sakinlər təxliyə edilib.
Hadisənin səbəbləri və digər təfərrüatlar barədə əlavə məlumat veriləcəyi bildirilib.

.jpg)





.png)