Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq.
Eurasia Diary xəbər verir ki, bu barədə "trend"ə universitetdən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək.
Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq.