Beynəlxalq reytinq cədvəlində ən yüksək göstəricilərə sahib azərbaycanlı alim Hətəm Quliyevlə MÜSAHİBƏ

Elm və texnologiya 17:36 24.01.2020

Bu gün, 24 yanvar 2020-ci il tarixində AMEA Geologiya və Geofizika İnsitutunun akt zalında Yer elmləri sahəsində ümumrespublika elmi seminarı baş tutub. Seminar “Yerin və Onun Struktur Elementlərinin Tektono-Dinamik Təkamülünün Qeyri-Xətti Geomexanikasının Elmi Əsasları”na həsr edilib.

Seimarda uzun illər bu mövzu haqqında elmi araşdırmalar həyata keçirən Akademik Hətəm Quliyev və AMEA müxbir üzvü, Türkiyənin Yıldız Universitetinin professoru Surxay Əkbərov akademik zəhmətlərinin hesabatını təqdim ediblər.

Toplantıda Hətəm Quliyev və Surxay Ələkbərov “Yerin şişib, çəkilməsi”, “Yer səthinin qabarması”, “Rəqslərin özünəməxsus tezliyi”, “Yerin formalarının dəyişimi” barədə yeni yanaşma və tədqiqat modelləri haqqında ətraflı məlumat veriblər:

“Yerin və onun struktur elementlərinin müxtəlif geoloji və geofiziki problemlərinin tədqiqində nəzəri modelləşdirmə mühüm mərhələ təşkil edir. Məsələn, bu günə qədər geomexanikanın prinsip və metodlarını özündə ehtiva edən nəzəri modellərin yaradılması mühüm elmi və innavativ əhəmiyyət daşıyır. Yer təkinin müxtəlif dərinliklərində geoloji mühit təbii şəraitdə özünü müxtəlif təbiətli ekzogen və endogen təsirlərə məruz qalan bütöv mühit kimi aparır.

Belə şəraitdə həm geoloji mühitin tərkibinin və strukturunun öyrənilməsi, həm də geoloji-geofiziki məlumatların dalğa texnologiyalarına əsaslanan toplanma, işlənilmə və geoloji şərh üsulları birbaşa geomexanikanın predmetinə daxildir. Müxtəlif riyazi, mexaniki və fiziki nəzəriyyələrdən istifadə etməklə kompleks məlumatların öyrənilməsi də geomexanikanın əsas məsələləri sinfinə daxildir. Öyrənilən proseslər mürəkkəb geoloji mühitə və geodinamik şəraitə aid olduğundan qeyri-xətti nəzəriyyələrə müraciət etmək zərurəti yaranır.

Bu mövzu ilə bağlı təqdim olunan məruzə bir-birini tamamlayan iki bölmədən ibarətdir”.

Birinci bölmə barədə akademik Hətəm Quliev məlumat verib və bildirib ki, burada qeyri-xətti geomexanika mövqeyindən Yerin nəzəri modellərinin yaradılmasının fundamental problemlərinə baxılıb:

“Kompozit şarın məxsusi rəqslərin öyrənilməsi nəticələrinə əsaslanaraq mühitin elastik, fiziki-mexaniki xassələrinin paylanılmasının inteqral meyarının hazırlnamasının nəzəri əsasları yaradıb, həll metodları təklif olunubdur. Üç ölçülü riyazi məsələnin qoyuluşu verilib, müxtəlif hallar üçün həlləri qurulub, ədədi hesablamalar reallaşdırılıb, alınmış nəticələr geoloji şərh edilibdir”.

İkinci bölmə barədə isə Türkiyənin Yıldız Texniki Üniversitetinin professoru Surxay Əkbərov məlumat verib:

“Bu bölmə seysmik kəşfiyyat, quyu-geofiziki və seysmoloji ilkin matriallarının işlənilməsinin və geoloji şərhinin innovativ üsullarını yaratmaq məqsədilə qeyri-xətti geomexanikanın nəzəri əsaslarının inkişaf etdirilməsinə həsr edilib.

Əsas diqqət qeyri-xətti elastodinamikanın qeyri-klassik xəttləşdirilmiş yanaşmasının əsaslandırılmasına və qeyri-xətti deformasiya proseslərinin fundamental xüsusiyyətlərinin nəzərə alınmasına yönəldilib.

İnnovativ texnologiyanın təbliği məqsədilə Cənubi Xəzər hövzəsinin seçilmiş sahəsinə aid quyu, seysmik kəşfiyyat və seysmoloji tədqiqat nəticlələrindən istifadə edilərək təklif olunan yanaşmanın köməyi ilə geoloji mühitin xətti və qeyri-xətti fiziki-mexaniki xassələrinin də müsair geodinamik şəraitin parametrlərinin məlumat bazası yaradılıb. Təklif olunan yanaşmanın inkişafı məqsədilə gələcəkdə görüləcək bir sıra perspektiv istiqamətlər müəyyən edilib.

Alınmış nəticələr müxtəlif nüfuzlu jurnallarda çap olunub, konfrans, simpozyum və seminarlarda məruzə edilibdir”.

Seminarın sonunda dünya alimlərinin beynəlxalq reytinq cədvəlində Azərbaycan alimləri içərisində ən yüksək göstəriciyə sahib, Akademik Hətəm Quliyev bu günkü seminar və Azərbaycan elminin hazırki durumu barədə Eurasia Diary-ə eksklüziv açıqlamalar verib:

“Əvvəla, sizin kollektivə bu günkü toplantımızı işıqlandırdığınıza görə təşəkkür edirəm. Biz bu gün Yerin tədqiqatına dair yeni bir modelin hazırlanması üzərində uzunmüddətli araşdırmalarımızın nəticələrini sizlərə təqdim etdik. Düşünürəm ki, bizim öz monoqrafiya və elmi məqalələrimizdə qeyd etdiyimiz rəqslərin özünəməxsus tezliyi və Yer səthinin qabarma və çəkilməsi ilə bağlı irəli sürdüyümüz yeni yanaşma və tədqiqat modeli Azərbaycanda bu sahədə elmi araşdırmaları daha da intensivləşdirəcək”.

H.Quliyev bu gün Azərbaycan elminin inkişafdan qalması və əvvəlki dövrlərə nisbətən geriləməsi iddialarına belə cavab verib:

Mən bu fikirlərlə razı deyiləm. Elm o qədər asan fəaliyyət sahəsi deyil ki, dərhal burada bir nəaliyyət baş verən kimi hərkəs bu nəaliyyəti anlaya bilsin və ya nəaliyyət reklam edilsin. Hazırda istifadə etdiyimiz telefonlar, peyklər, sputniklər və s. yeni kəşflər deyil. Bunların iş prinsipi illər öncə hazırlanıb, lakin bu texnologiyaların layihələri irəli sürüldüyü zaman onların hazırlanması üçün texniki vasitələr çatışmırdı. Ona görə də Azərbaycan elmi dünya elminin bir parçası olaraq inkişafdadır. Bu gün Azərbaycan elmi xüsusilə neft sənayesi sahəsində böyük uğurlar qazanıb. Azərbaycanın iki milyard ton neft istehsalı olub və bunun 90%-i Azərbaycan neftçilərinin və neft sənayesi üzrə ixtisaslaşmış alimlərimizin hesabına başa gəlib. Hər gün Azərbaycanda bir neft quyusu qazılır, yeni neft yataqları aşkar edilir. Bir neft quyusunun qazılması 150 milyon dollara başa gəlir. Bunlar zərgər dəqiqliyi ilə görülən, ağır məsuliyyət tələb edən elmi işlərdir. Məsələn, mənim özümün bu sahədəki araşdırmalarım Xəzərdəki “Ümid” yatağının kəşf edilməsində xüsusi rol oynayıb.

Ona görə də mən Azərbaycan elminin əsas problemi kimi görülən işlərin ictimaiyyətə lazımı səviyyədə çatdırılmamasını görürəm. Əvvəla alimlər öz işlərini, kəşflərini reklam etməkdə maraqlı deyil, həm də bu sahədə çalışan peşəkar jurnalistlərin sayı çox azdır. Məsələn, sputniklər kəşf edildiyi zaman hətta ən tanınmış alimlərin belə bu qurğudan bir o qədər də məlumatı yox idi. Lakin peşəkar jurnalistlər öz yazıları, reportajları ilə peykləri necə deyərlər, xalqın malına çevirdi. İndi də Azərbaycan elminin ən azı bacarıqlı alimlər qədər peşəkar jurnalistlərə ehtiyacı var. Məsələn, Azərbaycan Elmlər Akademiyasında bir Elm TV açıldı, lakin bu televiziyada jurnalistlərdən  çox alimlər çalışırdı. Ona görə də kanalın verilişləri ictimaiyyətdə maraq doğura bilmədi. Azərbaycanda elmi jurnalistikanın inkişafına xüsusi ehtiyac var. Sözügedən elmi jurnalistika yalnız elmi ixtiralarla deyil, həm də bu gün Azərbaycan xalqının ehtiyac duyduğu maarifçiliyin təbliği ilə məşğul olmalıdır. 150 il qabaq maarifçilik Azərbaycanda cəhalətin aradan qaldırılması ilə mübarizə aparırdı, bu gün isə maarifçilik savadlı insanlara yeni şəraitə və ətraf mühitə uyğunlaşmaqda yardımçı olmalıdır. Buna böyük ehtiyac var”.

Akademik H.Quliyev elm sektorunda əsas problemin elmi işçilərin sosial təminatı sahəsində müşahidə edildiyini qeyd edib:

“Təəssüf ki, hazırda elmi işçilərimizin durumu lap bərbad gündədir, çatışmamazlıq çoxdur. Çünki universitetdə yaxşı oxuyan gənc prezident təqaüdü, elmi müvəffəqiyyət təqaüdü kimi həvəsləndirici təqaüdlər alır, bu da təxminən ona 150-200 azn arası gəlir qazandırır. O universiteti bitirib aspiranturaya (və ya doktorantura) daxil olan kimi 90 azn maaş alır. Kim gələr akademiyaya belə olan halda?”

“Gənc elmi işçilərə İki vacib məsləhətim var: Birincisi, elm ilə yaşamırsızsa, elmin fanatiki deyilsizsə elmə gəlməyin. İkincisi, bacardığınız qədər xarici dilləri öyrənməyə çalışın”- deyə, akademik gənc alimlərə tövsiyyə edib.

Nicat İSMAYILOV

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı