Küçə üçün pilotsuz dezinfektor maşın hazırlanacaq | Eurasia Diary - ednews.net

31 May,


Küçə üçün pilotsuz dezinfektor maşın hazırlanacaq

Elm və texnologiya A- A A+

Rusiyada küçələri dezinfeksiya etmək üçün pilotsuz dezinfektor maşın istehsal olunacaq.

EdNews  ted.az-a istinadən bildirir ki, sözügedən maşının hazırlanması bir neçə aya başa gələcək.

Maşının hazırlanmasında bir neçə yerli şirkət, o cümlədən məşhur pilotsuz avtomobil istehsalçısı "StarLine" maraqlıdır.

Məlumata görə, hazırlanacaq pilotsuz maşın adi pilotsuz avtomobillərdən bir o qədər də fərqlənməyəcək:" Sadəcə bu maşında dezinfeksiya etmək üçün maddə püskürən alət olacaq".

Bu cihazın artıq Çində istifadə olunduğu da qeyd edilib.

İlkin məlumata əsasən, maşın operator tərəfindən idarə olunacaq. Əgər maşın işinin öhdəsindən gələ bilməsə, o zaman operator iş prosesinə müdaxilə edəcək.

Qeyd edək ki, pilotsuz dezinfektor maşın bir çox ölkələrdə, həmçinin Rusiyada da yayılan "COVID19" pandemiyasının qarşısını almaq üçün istehsal olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...