“WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün təlimatlar - FOTO | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


“WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün təlimatlar - FOTO

Elm və texnologiya A- A A+

“Telegram” mesencerinə “WhatsApp” yazışmalarının köçürülməsi funksiyası əlavə olunub.

“Telegram”ın təsisçi Pavel Durov bildirib ki, bu funksiyanı əlavə etmək üçün onun komandasına cəmi iki həftə vaxt kifayət edib.

Durovun sözlərinə görə, indiyədək heç bir aplikasiyada belə funksiya olmayıb.  

“Bəzi istifadəçilər “WhatsApp” yazışmalarını “Telegram”a köçürmək üçün yollar axtarırdılar. İki həftə öncə mən anladım ki, bunu reallaşdırmaq mümkündür. Dünən  biz iOS və Android qurğuları üçün köçürmə funksiyasını əlavə etdik”, - deyə o, özünün “Telegram” səhifəsində yazıb.

Şəbəkə təsisçisi həmçinin yazışmaların köçürülməsi funksiyasının istifadə təlimatlarını da paylaşıb. 

Qeyd edək ki, bütün köçürülən yazışmalar çatın sonuna əlavə olunur, lakin tarix və saat məlumatları olduğu kimi saxlanılır.

Hazırda Durov öz əməkdaşları ilə köçürülən yazışmaların qarışdırılması üzərində çalışır.  

Oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...