“Apple” təkbaşına elektromobil istehsal edəcək | Eurasia Diary - ednews.net

20 Oktyabr, Çərşənbə

“Apple” təkbaşına elektromobil istehsal edəcək

Elm və texnologiya A- A A+

“Apple İnc.” şirkəti ilk elektromobilini təkbaşına hazırlamaq niyyətində olduqlarını açıqlayıb.

EDNews.net “Report”-a istinadən xəbər verir ki, hələ 2015-ci ildə şirkətin “Apple Titan”, yaxud “Apple iCar” adlı elektromobil layihəsi üzərində çalışmasına dair xəbərlər yayılmışdı, lakin sonradan bu məsələ baş tutmadı.

Son vaxtlar “Apple” sözügedən layihəni bərpa edərək bu işə “Hyundai” və “Toyota” kimi avtomobil istehsalçılarını cəlb etməyə səy göstərsə də, nəticə əldə edə bilmədi və həmin layihəni təkbaşına həyata keçirmək qərarına gəldi. Bəzi məlumatlara görə, İT nəhənginin ilk elektromobili 2025-ci ildə ərsəyə gələ bilər.

Xatırladaq ki, bu ilin iyul ayında “Apple”ın ortaqları olan Tayvanın elektron cihazlar istehsalçısı “Foxconn” və Yaponiyanın hard disclər üçün parça istehsalçısı “Nidec” şirkəti elektromobillər üçün mühərrik istehsal edəcək birgə müəssisə təsis ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...