Direktorların işə qəbulu ilə bağlı - YENİ XƏBƏR - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Direktorların işə qəbulu ilə bağlı - YENİ XƏBƏR

Elm və texnologiya A- A A+
Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. 
 
Ednews xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir. 
 
Esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur. 
 
Namizədlər //miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. 
 
Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...