Elm və təhsil nazirinin yeni müavini KİMDİR? - DOSYE - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Elm və təhsil nazirinin yeni müavini KİMDİR? - DOSYE

Elm və texnologiya A- A A+

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Həsən Həsənli elm və təhsil nazirinə yeni müavin təyin edilib.

Ednews xatırladır ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub.

O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.
 
Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
 
2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.
 
İngilis və rus dillərini bilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...