Böyük Britaniya dövlət işçilərinin istifadə etdiyi elektron cihazlarda “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə nazirlər və hökumət rəsmilərinin də TikTok-dan istifadəsi məhdudlaşdırılıb.
Həmçinin, parlamentdəki deputatlara TikTok platformasının İngiltərədə ictimai telefonlarda və digər elektron cihazlarda istifadəsinin təhlükəsizlik baxımından qadağan edilməsi tövsiyə olunub.