“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni əhatə edir

Elm və texnologiya 19:47 02.06.2023
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları müasir çağırışlara uyğun davam edir, bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlıq edilərək uğurlu layihələr həyata keçirilir.
 
Bu barədə Ednews-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, dövlət başçısının ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə əməli işlər görülüb və e-məhkəmənin bütün respublika üzrə tam tətbiqi başa çatdırılıb.
 
Bu münasibətlə iyun ayının 2-də Şəmkir Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekun mərasimi keçirilib.
 
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda idarəçilik departamentinin müdiri Daniel Boyce, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Ədliyyə Nazirliyinin və Dünya Bankının aidiyyəti rəhbər işçiləri, yuxarı və birinci instansiya məhkəmələrinin sədr və hakimləri, regional və yerli ədliyyə qurumlarının məsul əməkdaşları, prokurorlar, vəkillər, hüquq mühafizə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları və media iştirak ediblər. Eyni zamanda digər aidiyyəti məhkəmələr tədbirə videokonfrans formatında onlayn qoşulublar.
 
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəmkir rayonunda abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Dünya Bankı ilə birgə və dövlət büdcəsi hesabına inşa edilmiş müasir məhkəmə binaları və komplekslərinə dair stendlərlə tanış olunub. Şəmkir Rayon Məhkəməsinin “Elektron məhkəmə” sisteminə rəmzi düymə basılaraq qoşulması ilə bütün respublika üzrə bu sistemin tam tətbiqi təmin edilib.
 
Mərasimdə Dünya Bankı ilə ədliyyə sahəsində həyata keçirilən birgə layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verilib, əməkdaşlığa və məhkəmə-hüquq islahatlarına dair video-çarx nümayiş etdirilib.
 
Çıxış edən nazir bildirib ki, tədbirin 100 illiyini qeyd etdiyimiz ümummilli liderin xalqın tələbi ilə hakimiyyətə qayıdışının və Milli Qurtuluş Gününün 30-cu ildönümünə təsadüf etməsi onu ikiqat əlamətdar edir. Dahi şəxsiyyətin misilsiz xidmətlərindən və xilaskarlıq missiyasından bəhs edilərək, demokratik hüquqi dövlət quruculuğunda, yeni 3 pilləli müstəqil məhkəmə-hüquq sisteminin bərqərar edilməsində müstəsna rolu vurğulanıb.
 
Nazir Ulu Öndərin yolu ilə gedən müasir Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tərəqqisini, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının Doing Business hesabatlarında yüksək reytinqlərə nail olduğunu qeyd edib, müasir çağırışlara uyğun aparılan məhkəmə-hüquq islahatlarından, bu sahədə Dünya Bankı ilə səmərəli əməkdaşlıqdan danışıb.
 
Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların mütərəqqiliyi nüfuzlu beynəlxalq qurumların, o cümlədən Dünya Bankının diqqətini cəlb edib. Bununla əlaqədar Dünya Bankı dəstək göstərmək təşəbbüsü irəli sürərək 2006-cı ildən ədliyyə sahəsində birgə uğurlu layihələr həyata keçirilib və mühüm nailiyyətlər əldə olunub.
 
Ötən dövrdə Dünya Bankı ilə əməkdaşlıqda paytaxtda və bölgələrdə 35 məhkəmə üçün müasir bina və komplekslər inşa olunaraq istifadəyə verilib. Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən şəxsən açılışının həyata keçirilməsi məhkəmə hakimiyyətinə verilən müstəsna dəyərin bariz təzahürüdür.
 
“Dünya Bankı ilə həyata keçirilən layihələr çərçivəsində 320 məhkəmə zalı zəruri elektron avadanlıqla təchiz olunaraq onların hamısı hi-tech məhkəmələrə çevrilib. Onlardan köhnə binalarda olan 110-dan çox zal isə tam yenidən quraşdırılıb”, – deyən nazir F.Məmmədov dövlət başçısının «Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında» Sərəncamına uyğun olaraq bu sahədə işlərin mütəşəkkil və intensiv aparıldığını bildirib.
 
Bu gün tətbiq olunan “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edilməsindən qərarın icrasına qədər bütün proses əhatə olunur. İddianın verilməsi, onun qeydiyyatı, rüsumların ödənilməsi, işlərin hakimlər arasında bölüşdürülməsi, tərəflərin dəvət edilməsi, elektron kabinetlərin yaradılması və onun vasitəsilə proses barədə məlumatların və məhkəmə sənədlərinin əldə edilməsi, habelə şikayətlərin verilməsi və s. məsələlər elektron sistem vasitəsilə həyata keçirilir.
 
Şəffaflığın təmini məqsədilə proseslərin audio-video yazısının aparılması, onların video-konfrans vasitəsilə keçirilməsi imkanının yaradılması, bəzi kateqoriya işlərin, o cümlədən artıq 4 ildir ki, kommersiya işlərinin yalnız elektron qaydada aparılması təmin edilib. E-məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə müxtəlif məhkəmə monitorinqlərinin keçirilməsinə, məhkəmə statistikasının elektron qaydada və dolğun aparılmasına şərait yaradıb. Həmçinin vətəndaş məmnunluğunun və sistemin imkanlarından geniş istifadənin təmin edilməsi məqsədilə onun mobil versiyası yaradılıb.
 
Nazir hazıradək Bakı, Sumqayıt, Şəki və Naxçıvan MR apellyasiya məhkəmələrinin yurisdiksiyasına aid məhkəmələrdə e-məhkəmənin tətbiqini qeyd edərək, bu gündən digər – Gəncə və Şirvan apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan bütün məhkəmələrin qoşulması ilə “Elektron məhkəmə” informasiya sisteminin ölkəni tam əhatə edildiyini vurğulayıb, bu münasibətlə iştirakçıları, hakim korpusunu təbrik edib.
 
Dünya Bankının departament müdiri D.Boyce çıxış edərək “Elektron məhkəmə” sisteminin ölkə üzrə tam tətbiqi münasibətilə Azərbaycanı təbrik edərək mürəkkəb bir prosesin uğurla həyata keçirilməsini böyük və tarixi nailiyyət kimi dəyərləndirib. Bildirib ki, bəzi dövlətlərdə ədliyyə sisteminin müasirləşdirilməsi prioritet olmadığı halda, Azərbaycanda bu sahədə çox böyük işlər görülüb.
 
Qonaq ədliyyə sisteminin inkişafını ölkənin ümumi tərəqqisinin tərkib hissəsi olduğunu vurğulayaraq, əsas məqsəd vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasıdır.
 
D.Boyce Avropa və Mərkəzi Asiya regionunda Azərbaycanın ədliyyə sistemində vətəndaş məmnunluğuna görə ən öndə getdiyini vurğulayıb, ölkəmizin məhkəmə-hüquq sistemində uğurlu yol keçərək bu sahədə islahatlar aparan ən qabaqcıl dövlətlərdən olduğunu bildirib. Qeyd edib ki, artıq Azərbaycan Dünya Bankı tərəfindən keçirilən və digər beynəlxalq tədbirlərdə məhkəmə-hüquq sahəsindəki müsbət təcrübələrini beynəlxalq ictimaiyyətlə bölüşür. Ölkəmizin beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasının Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) fəal üzvlüyü yaxşı təcrübələrin paylaşılmasına imkan yaradıb.
 
Dünya Bankının təmsilçisi layihə çərçivəsində inşa olunmuş Gəncə Şəhər Məhkəməsinin binası ilə yenicə tanış olaraq 10 il əvvəl istifadəyə verilmiş binada saxlanılan müasir şəraiti və “Elektron məhkəmə” sisteminin tətbiqini yüksək qiymətləndirib.
 
O, Azərbaycanla ədliyyə sahəsində layihələrin davam etdiyini, süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə işləri qeyd edərək bütün bu proseslərin ədliyyə xidmətlərinin daha yüksək səviyyədə həyata keçirilməsinə yönəldiyini diqqətə çatdırıb.
 
Vətəndaş cəmiyyəti nümayəndələri çıxış edərək elektron məhkəmə sisteminə tam keçidin məhkəmələrə əlçatanlığı asanlaşdırdığını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirib, ədliyyə sahəsində səmərəli ictimai iştirakçılıqdan məmnunluqlarını ifadə edərək nazirliklə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı təqdir ediblər.
 
Onlar ədliyyə və məhkəmə-hüquq islahatlarını daim izlədiklərini bildirərək bu sahədə yeniliklərin vətəndaş məmnunluğuna, şəffaflığa və əlçatanlığa xidmət etdiyini vurğulayıblar.
 
Tədbirdə qeyd olunub ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası çərçivəsində qanunvericiliyə konseptual dəyişikliklər edilib, cəza siyasəti humanistləşdirilib, “Elektron məhkəmə” informasiya sisteminin funksionallığı artırılıb, mediasiyanın tətbiqi, məhkəmə rüsumlarının differensiasiyası təmin olunub. Yeni kommersiya və inzibati məhkəmələr təsis edilib.
 
Məhkəmə islahatlarımız beynəlxalq aləmdə təqdir olunur. Avropa Şurasının hesabatlarına əsasən məhkəmələrin səmərəlilik göstəricilərinə görə Azərbaycan bir çox Avropa dövlətlərini qabaqlayıb. Məhkəmələrdə işlərə baxılması tezliyinə və informasiya texnologiyalarının geniş tətbiqinə görə orta Avropa rəqəmlərini xeyli üstələyib. İT-nin inkişaf səviyyəsinə görə isə 49 ölkə sırasında 14-cü yerdə qərarlaşıb.
 
Bu gün ən əsas vəzifələrdən biri hüquq institutlarının fəaliyyətini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda layiqincə təmin etməkdir.
 
İşğal dönəmində büsbütün dağıdılmış ərazilərimizdə hazırda dövlət başçısının bilavasitə rəhbərliyi ilə infrastruktur sürətlə təzədən qurulur. Ulu öndərin adını daşıyan Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə və fəal iştirakı ilə həmin torpaqlar günbəgün abadlaşır, qədim abidələrimiz, mədəni irsimiz bərpa edilir.
 
Bütün bunlarla həmin ərazilərdə də milli hüquq institutlarının tezliklə fəaliyyətə başlaması təmin ediləcəkdir.
 
Tədbir çərçivəsində ədliyyə naziri tərəfindən Dünya Bankının təmsilçiləri ilə keçirilmiş ikitərəfli görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, qonaqlar qarşılıqlı fəaliyyətin davam etdirilməsi ilə bağlı niyyətini ifadə edib, Azərbaycanın hüquq sistemindəki təcrübəsinə beynəlxalq aləmdə böyük maraq olduğunu bildirərək Bank tərəfindən ölkəmizin nailiyyətləri barədə digər dövlətlərdə təqdimatların keçirilməsini qeyd ediblər.
 
Söhbət zamanı azad edilmiş ərazilərimizin bərpasına toxunularaq bu prosesə ciddi əngəl törədən torpaqlarımızın büsbütün, hətta müharibədən sonra minalanması qeyd olunub, 300-dən çox şəxsin minaya düşərək yaralandığı, o cümlədən 57 nəfərin həlak olduğu bildirilib, bununla bağlı texniki dəstəyin əhəmiyyəti diqqətə çatdırılaraq qonağa xüsusi broşür təqdim edilib.

 

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Hamısı