2025-ci ildə Ayfon 4SE smartfonu satışa buraxılacaq.
Ednews xəbər verir ki, bu barədə Gizmochina.com saytı məlumat yayıb.
Nəşrin məlumatına görə, Əpl öz smartfonlarında əhəmiyyətli dəyişikliklər etməyi planlaşdırır və əsas yeniliklərdən biri şirkətdə hazırlanmış 5G modemlərə keçid olacaq.
Qeyd edək ki, şirkət daha öncə sözügedən smartfonu 2024-cü ildə satışa buraxmağı planlaşdırırdı. Smartfonun özü ilə bağlı bir çox təfərrüat hələ də açıqlanmayıb.