Hindistan 2040-cı ilə qədər Aya insan göndərməyi hədəfləyir.
Endews BBC-ə isinadən xəbər verir ki, hökümət həm də 2035-ə qədər kosmik stansiya qurmağı planlaşdırıb.
Ölkənin Baş Naziri Narendra Modi, alimlərin gələcəkdə Venera və Mars əməliyyatlarının keçirilməsi üçün hazırlıqlara başladığını bildiriblər.
Qeyd edək ki, Hindistan avqust ayında Ayın cənub qütbünə kosmik gəmi göndərən ilk ölkə olub.
Hindistan höküməti həmçinin, astronaft komandasını 400 km hündürlüyə göndərib təhlükəsiz şəkildə geri gətirməkdən ibarət olan “Gaganyaan” kosmik missiyasına da start vermyi planlaşdırıb.
Fərid Axundov