"YouTube" istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün bir çox yeni funksiya və dizayn yeniləməsini təqdim etdi.
Ednews xəbər verir ki, yeniləmələr istifadəçilərin oxutma sürətini (2x) artırmasını asanlaşdırır. Yeni funksiya ilə istifadəçilər videonun istənilən yerinə toxunub tutaraq sürəti iki qat artıra və istədikləri hissəyə çatdıqda buraxa bilərlər.
Bundan əlavə, "YouTube" istifadəçilərə mahnını zümzümə edərək tapmağa imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb. Yeniləmə ilə istifadəçilər mahnını oxuyaraq, mırıldanaraq və ya zümzümə edərək asanlıqla tapa biləcəklər.
Əkbər