Nokia şirkəti verdiyi açıqlamada, "xərc bazasını azaltmaq və əməliyyat səmərəliliyini artırmaq" üçün işçilərini doqquz min ilə on dörd min arasında ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu, ümumi hazırkı səksən altı min işçidən on faizdən on altı faizə qədər azalma deməkdir.
Ednews xarici mediaya istinadən xəbər verir ki, qərar, gələcəkdə şirkətin yerini dəyişdirməyə və "cari bazar qeyri-müəyyənliyini idarə etməyə" kömək edən və eyni zamanda "texnologiya liderliyini" möhkəmləndirən "strateji və əməliyyat" planının bir hissəsidir. İmkanları xeyli təkmilləşdirilmiş şəbəkələrə əhəmiyyətli investisiyalar olmadan reallaşmayacaq. Bununla belə, bazarın bərpasının vaxtı qeyri-müəyyən olsa da, biz hələ də dayanmırıq, lakin üç səviyyədə qətiyyətli addımlar atırıq. Buraya strateji, əməliyyat və xərclər daxildir"- deyə CEO Pekka Lundmark bildirib.
Bundan əvvəl, 2023-cü maliyyə ilinin üçüncü rübündə, illik əsasda, Nokia xalis satışlarının iyirmi faiz azalaraq 4,9 milyard avroya, səhm üzrə azaldılmış mənfəətinin isə 75 faiz azalaraq 0,02 avroya düşdüyünü bildirib.
Ülviyyə Şahin