Çin ChatGPT-dən güclü çatbot hazırlayıb.
Ednews "Wired"a istinadən xəbər verir ki, "Baidu" şirkəti Ernie 4.0 adlı yeni botunu təqdim edib.
Şirkət Ernie adlı çatbotunda mühüm dəyişikliklər etdiyini açıqlayıb. Ernie 4.0 ilə bir nəfər bütün komandanızın işini görə biləcək.
Xatırladaq ki, GPT-4 modelinə rəqib olaraq hazırlanmış Ernie 4.0, Baidu World 2023-də təqdim edildi.
Keçən sentyabr ayından bəri çatbotda 30% ümumi performans artımı qeyd olunub.
Əkbər