Qazax Təhsil İdarəsinin susqunluğu: Şagirdləri pirə aparan müəllim işdən çıxarıla bilərmi? - AÇIQLAMA

Elm və texnologiya 13:10 19.10.2023

Xəbər verdiyimiz kimi, Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və "dilək ağacı" ətrafında onların fotosu çəkilib. Xəbər ictimaiyyət və cəmiyyət arasında ciddi qınaq obyektinə çevrilib, tənqdilər yazılıb.

Şagirdlərin təhsil almaqları yerinə xurafata sürüklənmələri nə dərəcədə doğrudur? Müəllimin uşaqları məcbur şəkildə dinə cəlb etməyi, batil inancalara aparamağı düzgündürmü? İslam dini bunu necə qarşılayır? Müəllim təhsil sistemindən uzaqlaşdırıla bilərmi?

Bu barədə suallarımızı ilahiyyatçı Tural İrfan və təhsil eksperti Elmin Nuri cavablandırıb. 

Tural İrfan Ednews-a açıqlamasında bildirdi ki, ölkəmizdə din dövlətdən ayrıdır. Təhsil müəssisələrində şagirdləri dini ocaqlara, ibadət yerlərinə, pirlərə yox, təhsilə cəlb etməlidirlər: 

“Din işi ilə məşğul olan, dini təbliğatı təşkil edən qurumlar var. Lazım olanda məktəblərdə də tədbirlər təşkil edirlər. Qazaxda yaxşı olardı ki, o şagirdləri təhsillə bağlı, tarixi abidələrlə bağlı yerlərə aparaydılar. Məsələn, Seminariya binası, Molla Vəli Vidadinin məzarı, Səməd Vurğunun ev muzeyi... Bununla yanaşı asudə vaxtlarda tarixi, mədəni əhəmiyyət kəsb edən yerlərə, tarixi abidələrə, hətta dini ocaqlara təhsil müəssisəsi tərəfindən ekskursiya təşkil etməyin də faydaları çoxdur. Ancaq xurafat mənbəyi olan, budaqlarına qara bağlanmış ağacın ətrafına şahidləri cəlb etmək anlamsız bir işdir. Müəllimin vəzifəsi öncə təhsil verməkdir. Şagirdləri xurafata cəlb etmək yox, xurafatdan uzaq durmağa təşviq etməkdir. Aparırdısa elə tarixi əhəmiyyət kəsb edən, mədəni - tarixi abidə sayılan Qazax Cümə məscidinə, İsrafil ağanın tikdirdiyi tarixi kompleksə aparıb əyani tanış edəydi”.

T.İrfan qeyd etdi ki, görünür səbəb başqadır.Yəqin ki, növbəti dəfə də Tovuzdakı Haça Qayaya apararlar.

“Əlavə olaraq qeyd edim ki, qayalar, daşlar, ağaclara inam İslamdan əvvəlki dinlərdə movcud olub. İslam dinində belə şeylər xurafat hesab olunur və müasirliklə də uyğun deyil”.

Elmin Nuri isə açıqlamasında qeyd etdi ki, zaman-zaman məktəblərdə yaşanan xoşagəlməz halların nəticəsi olaraq müəllimlərin işdən azad edilməsi kimi addımlar atılmasının şahidi oluruq. Təbii ki, müəllimin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin tələbləri əsasında həyata keçirilir. Məcəllənin işəxitamla bağlı maddəsisinin bəndləri müəllimin hansı səbəbdən  işdən çıxarılması faktı ilə adekvar olmalıdır: 

“Qazaxın Cəfərli kəndində yaşanan hadisə - Müəllimin uşaqları pirə apararaq orada "Dilək ağacı" ətrafında foto çəkdirməsi-təbii ki, bir təhsil adamı adına, pedaqoji və maarifçilik nüfuzu adına o qədər də xoşagələn hadisə deyil. Amma sırf buna görə, təhsilverənin işdən çıxarılması ehtimalı az, yaxud da yox səviyyəsindədir. Ehtimal təbii ki, Əmək Məcəlləsinə istinadən irəli sürülür. Burada atıla biləcək addım, müəllimə məktəb rəhbərliyi, həmçinin, aidiyyatı təhsil sektoru (Burada Qazax rayonu üzə təhsil sektoru), həmçinin, bu sektorun tabe olduğu Regional Təhsil İdarəsi tərəfindən xəbərdarlıq edilə bilər. 

Azərbaycan multikultural ölkə olsa da, dini inanc azadlığına hər zaman tolerant münasibət göstərsə də, bir təhsil müəssisəsinin  şagirdlərini kütləvi şəkildə cahil dini meyllərə sövq etmək yolverilməz haldır. İnanırıq ki, şagirdləri qanunvericiliyin tələbi ilə ekskursiyaya aparan müəllimlər pir və ziyarətgahları yalnız tarixi abidə kimi onlara tanıdacaq. Onlara bir inanc və tapınaq mənbəyi kimi baxmayacaqlar”.

Qazax Təhsil İdarəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən tapılmadı. 

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı