Artıq WhatsApp üçün ikinci telefon daşımağa ehtiyac qalmayacaq.
Ednews "WABETAINFO"-ya istinadən xəbər verir ki, artıq digər hesaba daxil olmaq üçün hətta hesabınızdan çıxmağınız belə lazım deyil.
İki hesaba eyni vaxtda giriş əldə etmək üçün proqramın “Parametrlər” səhifəsinə keçib "Hesab əlavə et" düyməsinə klikləmək kifayət olacaq. Yeni funksiyanın yaxın həftələrdə Android cihazları üçün əlçatan olacağı gözlənilir.
Əkbər