"YouTube" etibarlı mənbələrdən yaradılacaq və istifadəçilərin xəbərləri izləməsini asanlaşdıracaq xəbər mərkəzi funksiyasını elan etdi.
Ednews "Variety"-ə istinadən xəbər verir ki, "YouTube" xəbərlər üçün xüsusi mərkəz təklif edəcək. Bu səhifədə “səlahiyyətli mənbələrdən” müxtəlif formatlarda olan xəbərlər bir araya gətiriləcək. Yəni, istəyə bağlı olaraq video, canlı yayımlar, podkastlar və "shorts" məzmunu daxil olacaq. Bu sayədə istifadəçilər bir çox mənbədən xəbərləri dərindən izləyə biləcəklər.
Qeyd edək ki, "YouTube"un ana səhifəsində və ya axtarış nəticələrində "qəzet" işarəsi olan müvafiq videoya klikləməklə bir mövzu və ya hekayənin səhifəsinə daxil ola biləcəksiniz. "YouTube" bu funksiyanı 40-a yaxın ölkədə mobil cihazlarda tətbiq etməyə başlayır. Bu xüsusiyyət masaüstü və TV proqramlarına da gələcək.
Əkbər