"Microsoft" tərəfindən hazırlanmış "ChatGPT"yə bənzər "Microsoft 365 Copilot" adlı alət istifadəçi virtual görüşə girə bilmədikdə onun üçün görüşün məğzini danışa biləcək.
Ednews "variety" - ə istinadən xəbər verir ki, bu yeni süni intellekt vasitəsi 1 noyabr tarixindən etibarən Office proqramlarında yerini alacaq.
E-poçtlar yarada bilən yeni alət həm də çox qısa müddətdə yeni sənədlər, dizayn və "PowerPoint" təqdimatları hazırlaya biləcək. Microsoft 365-in baş meneceri Collette Stallbaumer yeni süni intellekt aləti haqqında verdiyi açıqlamada bildirib: "Bu alətdən istifadə edib-etməmək istifadəçilərin ixtiyarındadır. Bu, bir vasitədir və insanlar ondan məsuliyyətlə istifadə etmək üçün məsuliyyət daşıyırlar”.
Əkbər