NASA Günəş sistemində özünün peyki olan Mini Ay kəşf edib. Asteroidlərin adətən öz peyklərinin olmaması hadisəni nadir tapıntıya çevirib.
Ednews The Guardian-a istinadən xəbər verir ki, Marsın orbitindən kənarda yerləşən bu asteroid 220 metr diametrdir və həcminin 10%-ə bərabər olan peyki onun ətrafında fırlanır.
Alimlər asteroidə “sən möcüzəsən” adını veriblər.
Qeyd edək ki, “körpə” asteroid Günəş sistemindən kənara göndərilən süni peyk Lusi tərəfindən təsadüfən tapılıb.
Kosmik cismin kiçik Ay adlandırılmasının səbəbi asteroidin Ayla oxşar xüsusiyyətlərə sahib olmasıdır.
Fərid Axund