Google istifadə olunmayan hesab sahiblərini xəbərdar etməyə başladı.
Ednews shift.del nəşrinə istinadən xəbər verir ki, müvafiq olaraq, iki il və ya daha çox müddət ərzində aktiv olmayan hesablar silinəcək.
Google, xidmətləri arasında təhlükəsizliyi artırmaq üçün hesab siyasətini dəyişdiyini açıqladı. Bu qərara əsasən, iki il və ya daha çox fəaliyyət göstərməyən hesablar silinəcək və onların məlumatları deaktiv olunacaq. Hesabın silinməsi gələn ay başlayacaq.
Texnologiya nəhəngi ilk dəfə may ayında siyasət yeniləməsini elan etdi və silmə prosedurlarının dekabrda başlayacağını bildirdi. Bu qərara cəmi bir ay qalmış Google hesab sahiblərinə müxtəlif e-poçtlar göndərir.
Xəyal Ramiz