Bu gün Bakıda “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfrans keçirilir.
Ednews xəbər verir ki, konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, deputat Etibar Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, AMEA. A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, Elm və Təhsil Nazirliyi Neft və Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Respublikasının Nazirlər Kabineti Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə, Akademik, AMEA-nın birinci vitse prezidenti Arif Həşimov, ziyalı şəxslər, alimlər və media nümayəndələri iştirak edirlər.
İsa Həbibbəyli çıxışında bildirib ki, Azərbaycanda doktorantura sahəsi sovet hakimiyyətində olduğu kimi davam edir. Yəni hələ də heç bir yenilik yoxdur.
Onun sözlərinə görə dünyada doktrantura təhsili bu cür olmur:
“Elm və Təhsil Nazirliyi bu sahədə inkişaf və nailiyyət üçün yeni sistem yaratmalıdır” - deyə, İsa Həbibbəyli bildirib.
Xəbər yenilənəcək...