Kiçik siniflərin şagirdləri və aztəminatlı ailələrin uşaqlarının məktəblərdə qidalanmasının dövlət hesabına həyata keçirilməsi təklif olunub.
Bu təkliflə Milli Məclisin plenar iclasında deputat İltizam Yusifov təklif irəli sürüb.
Məsələ ilə bağlı Ednews-a münasibət bildirən təhsil eksperti İlham Əhmədov bildirdi ki, hər bir sosial dövlətdə bu məsələlər hökmən nəzərə alınmalıdır. Lakin mütəxəssis qeyd edib ki, təklifin reallaşacağı ehtimalı çox azdır.
“Nəzarətin olması isə xüsusi ilə mühümdür. Əks halda ayrılan vəsaitlər səmərəsiz xərclənəcək, məktəblilər ac qalacaqdır. İndi dövlətə məxsus uşaq bağçalarında uşaqların qidalanmasında olan problemlər, eyni ilə kiçik yaşlı məktəblilərin qidalanmasında da özünü göstərəcəkdir. Əksər məmurların məqsədi sanki, xalqa xidmət yox, büdcə vəsaitlərini 100 hiylə ilə çapmaqdır. Təhsil xərclərinə biznes nəzəri ilə baxıb, büdcə vəsaitlərini mənimsəmək halları çoxdur”.
Oğuz