OpenAl şirkəti ötən gün texnologiya rəqiblərinin qarşısına çox iddialı bir xəbərlə çıxdı.
Ednews CNN-ə istinadən xəbər verir ki, şirkət insanlara ChatGPT ilə danışıqları kimi süni intellekt vasitəsilə bunu real zamanlı axtarış etmək üçün də istifadə edə biləcəklər. "SearchGPT" adlandırılan bu layihə hazırda sınaq mərhələsindədir. Bir çoxlarına görə bu yeni axtarış saytı Google-a rəqib ola bilər.
Axtarış sistemi hazırda məhdud sayda istifadəçi üçün əlçatan olsa da, şirkət sınaq mərhələsini mümkün ən qısa zamanda yekunlaşdırmağı planlayır.
A. Mikayıl