Dünyanın ilk kompüter proqramçısı -Ada Lovleys kimdir?

Elm və texnologiya 15:21 09.02.2025

Müasir kompüter texnologiyası gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bəs bu sahənin təməlini qoyan ilk proqramçı kim olub? Əgər Ada Lovleys adını eşitməmisinizsə, dünyanın ilk kompüter proqramçısı haqqında məlumat sizi təəccübləndirə bilər.

"EDnyus" xəbər verir ki, Ada Lovleys kompüterlərin geniş yayılmasından 100 ildən çox əvvəl yaşayıb və dünyanın ilk kompüter proqramçısı hesab olunan şəxsdir. O, 10 dekabr 1815-ci ildə Ada Bayron adı ilə anadan olub. Onun atası məşhur şair Lord Bayron, anası isə onun ilk həyat yoldaşı Annabella Milbenk idi.

Lovleysin valideynləri onun doğumundan qısa müddət sonra ayrılıblar və o, atasını heç vaxt görməyib. Londonda böyüyən Ada anasının təşəbbüsü ilə musiqi, fransız dili və riyaziyyat dərsləri alıb. Anası onun atası kimi şair olmasını istəməyib.

Uşaqlığında tez-tez xəstələnən Lovleys uzun müddət evdən çıxa bilməsə də, bu vəziyyət ona müəllimləri ilə daha çox məşğul olmaq fürsəti yaradıb. Erkən yaşlarından riyaziyyata maraq göstərib və zamanının ən parlaq riyaziyyatçılarından birinə çevrilib.

Gənclik illərində Lovleys məşhur riyaziyyatçı Çarlz Bebbic ilə tanış olub. Bebbic onun riyazi bacarıqlarından təsirlənib. O, Fərq Mühərriki adlandırdığı bir hesab maşını hazırlamaq istəyib. Lovleys bu ideyaya böyük maraq göstərib və layihəyə yaxından qoşulub.

Daha sonra Bebbic ona Analitik Mühərrik adlı daha mürəkkəb bir cihazın planlarını təqdim edib. Bu maşın o dövr üçün olduqca irəli bir konsepsiya idi və mürəkkəb riyazi hesablamaları avtomatik yerinə yetirməyi hədəfləyir. Hərçənd ki, Analitik Mühərrik Bebbic və Lovleysin sağlığında heç vaxt qurulmayıb, onların böyük bir hissəsini bu layihənin inkişafına həsr etdikləri məlumdur.

1843-cü ildə Lovleys italyan riyaziyyatçı Lui Menabreanın Analitik Mühərrik haqqında fransız dilində yazdığı məqaləni ingilis dilinə tərcümə edib. Lakin o, sadəcə tərcümə etməklə kifayətlənməyib - öz qeydlərini də əlavə edib.

Lovleys öz qeydlərində Analitik Mühərrikin alqoritmləri necə icra edəcəyini izah edib və hətta bir nümunə də verib. Bu nümunədə maşının Bernulli ədədlərini hesablamaq üçün yerinə yetirəcəyi əmrlər ardıcıllığı təsvir olunurdu. Məhz bu əmrlər toplusu tarixdə yazılmış ilk kompüter proqramı hesab olunur və Ada Lovleysi dünyanın ilk kompüter proqramçısı edir.

Lavleys 1852-ci ildə, cəmi 36 yaşında olarkən xərçəng xəstəliyindən vəfat edib. 1838-ci ildə onun həyat yoldaşı Uilyam Kinq ilk Lavleys qrafı titulunu alıb və Ada Lovleys qrafiniyası olub. O, dünyasını dəyişəndə üç övladını və kompüter proqramlaşdırma sahəsində mühüm bir irs qoyub.

Ada Lovleysin ölümündən sonra kompüter proqramlaşdırma bir əsrdən çox müddət ərzində ayrıca bir peşə kimi formalaşmayıb. 1940-cı illərin sonlarında isə altı qadın ilk peşəkar kompüter proqramçısı olub.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

"Azərbaycanfilm" kinostudiyasının ərazisində partlayış baş verib
23:57 26.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib
13:02 26.06.2025
İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət etdi
12:59 26.06.2025
Hamısı