“Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə layihələr həyata keçiriləcək” Əflatun Amaşov

Cəmiyyət 13:25 28.03.2017
“Gürcüstanda azərbaycandilli jurnalistikanı inkişaf etdirmək vacibdir. Vaxt var idi ki, azərbaycandilli jurnalistikanın məhsulları Tiflisdən dünyaya yayımlanırdı. Gürcüstanda XIX və XX əsrlərdə müxtəlif mətbuat orqanları fəaliyyət göstərib. Görkəmli yazıçılarımız, jurnalistlərimiz bu mətbuat səhifələrində cəsarətlə çıxış ediblər”.
 
Bu sözləri Gürcüstanda səfərdə olan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, Gürcüstanda yaşayan yarım milyona qədər azərbaycanlı üçün informasiya qıtlığı mövcuddur: “Əvvəllər Tiflisdə nəşr olunan müxtəlif qəzetlər ölkədə baş verən hadisələr və müxtəlif beynəlxalq tədbirlər haqqında azərbaycanlılara operativ şəkildə xəbərlər çatdırırdı. İndi soydaşlarımız bu xəbərləri Azərbaycanda nəşr olunan qəzetlərdən və müxtəlif televiziyalardan, müxtəlif saytlardan alırlar. Amma təəssüf ki, bu informasiyalar onlara gec çatır və informasiya qıtlığına səbəb olur”.
 
Ə. Amaşov qeyd edib ki, Gürcüstanda fəaliyyət göstərən TV, sayt və mətbuat orqanları soydaşlarımızın sosial həyatı və mədəniyyəti haqqında nadir hallarda yazılar və reportajlar yaydığını söyləyib: “Gürcü televiziyaları və saytları, həmçinin qəzetlər yalnız soydaşlarımızın kompakt yaşadığı bölgələrdə kriminal hadisələr baş verən zaman və yaxud gender bərabərliyi pozulanda, qız qaçırılanda, erkən evlilik baş verəndə sanki “canlanırlar”. Əlbəttə, bu hadisələr barədə yazmaq vacibdir, çünki Gürcüstanda erkən evliliyə qarşı qanun qəbul edilib və bu qanunu pozanlar haqqında yazmaq lazımdır.  Amma son illər soydaşlarımız yaşayan bölgələr inkişaf edir və bu inkişafda soydaşlarımızın da əməyi danılmazdır. Son illər Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan gənclərimizin sayı getdikcə artmaqdadır. Düşünürəm ki, bu inkişaf gürcü mətbuatının diqqətindən yayınmayacaq”.
 
Ə. Amaşov Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri və eyni zamanda Mətbuat Şurasının rəhbəri olaraq gələcəkdə Azərbaycan və Gürcüstan jurnalistlərinin iştirakı ilə müxtəlif layihələr həyata keçiriləcəyini vurğulayıb: “Biz Gürcüstan dövləti ilə birgə hər iki ölkənin mətbuat əlaqələrinin inkişaf etdirilməsinə çalışacağıq. Sözsüz ki, bu layihələrdən Gürcüstanda fəaliyyət göstərən qəzet və jurnallar da kənarda qalmayacaq, bununla biz Gürcüstanda azərbaycandilli mətbuatın da inkişaf etdirilməsinə nail olacaq və informasiya qıtlığını aradan qaldırmağa cəhd edəcəyik”.
 
MŞ sədri son illərdə Azərbaycanda mətbuat sahəsində görülən işlərdən də danışıb: “Azərbaycanda mətbuatın inkişafı göz qabağındadır. Bu gün Azərbaycanda müasir tələblərə cavab verən peşəkar jurnalistika mövcuddur. Diqqət yetirilən əsas məsələlərdən biri də jurnalistlərin sosial həyat tərzinin yaxşılaşdırılması olub. Bu da dövlətin qayğısı sayəsində həyata keçirilib. Jurnalistlərə yaşayış evlərinin tikilməsi və onların ev probleminin həlli jurnalistlərin fəaliyyətinə müsbət təsir edib”.(apa)
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı