Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi - VİDEO | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi - VİDEO

Cəmiyyət A- A A+
Ağsu rayonunda yerləşən S.Umbayev adına 2 saylı tam orta məktəbi su basıb. 
 
Bu səbəb məktəbin dam örtüyünün sökülməsidir. 
 
Hadisə şahidlərinin bildirdiyinə görə, məktəbin açılmasına 5 gün qalmış məktəbin dam örtüyünü dəyişmək üçün söküblər. 
 
“Sökdülər, elə də qaldı. İndi də yağış yağıb, məktəbi su basıb. Uşaqları göndəriblər üstümüzə ki, dərs yoxdur. Yağışın nə qədər davam edəcəyi bilinmir. Bu müddət ərzində dərs keçilməyəcək. Necə də gülməlidir, təmirə ayrılan pulu yeyiblər, 3 ay yayı yatıblar, indi ayılıblar”, - deyə valideynlər bildirir. (baku.ws)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...