Azərbaycanın Yol Xəritəsi açıqlandı YALNIZ FAKTLAR

Cəmiyyət 17:06 10.10.2017

Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir.

Ölkənin yaxın və orta perspektivdə inkişafını bəlirləyəcək "Yol Xəritəsi"nin istiqamətlərinə, faktlara və rəqəmlərə nəzər salaq.

2017-ci ilin ötən doqquz ayı ərzində Azərbaycandan əldə edilmiş iqtisadi göstəricilər dinamik və hərtərəfli inkişafın göstəricisidir.

Qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu islahatların, iqtisadiyyatın şaxələndirilməsinin göstəricisidir.

Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir. Kənd təsərrüfatı 2,8 faiz artıb.

Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artmış, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq.

Doqquz ayda Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimidir.

Əsas infrastruktur layihələri uğurla icra edilibdir. Yeddi yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz səviyyəsindədir.

50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülmüşdür, suvarma suyu təmin edilib. Qalan iki ay yarım ərzində daha 100 min ha torpaqlarda bütün işlər başa çatmalıdır.

Sosial infrastrukturla bağlı siyasət uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27  tibb ocağı tikilib və təmir edilib.

İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir.

Neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib.

Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq,  Azərbaycanın valyuta ehtiyatları artıb

Dünya bazarlarında neftin qiyməti aşağı səviyyədə olsa da, Azərbaycanın valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollara çatıb.

Qənaətlə istifadə, düzgün investisiya proqramı valyuta ehtiyatlarını artırmağa imkan yaradır.

Azərbaycan iqtidarı ölkənin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünür.

İqtisadi imkanlar, o cümlədən valyuta ehtiyatları müstəqilliyin əsas şərtlərindən biridir.

Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınır. Bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi,  iqtisadi müstəqillik amilləri xüsusi yer tutur.

Beynəlxalq arenada mövqeyi daha da möhkəmlənən Azərbaycan dünyada etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.

Azərbaycanın xarici əlaqələri çoxşaxəlidir, bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurulub.

Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.

Azərbaycan Prezidenti rəsmi səfərlər, beynəlxalq tədbirlər, yüksək səviyyəli görüşlər zamanı xalqın milli maraqlarından çıxış edir, dövlətin həyata keçirdiyi siyasəti, ölkənin reallıqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırır.

Azərbaycan Prezidenti xarici ölkələrə 14 səfər etmiş, ondan çox dövlət və hökumət başçısı Azərbaycana gəlib.

Beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.

Ərazi bütövlüyünün bərpası əsas vəzifədir

Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpası əsas vəzifədir.

Ermənistanın müəyyən şərtlər irəli sürtməklə danışıqlara başlamaq cəhdi baş tutmadı. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir.

Ermənistanın isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri açıq etirafdır ki, döyüşdə onların Azərbaycan qarşısında duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi.

Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir.

Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələri ölkəni gücləndirir, ona böyük mənfəət gətirir.

2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.

"Əsrin kontraktı"nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadılması  tarixi hadisədir.

Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək.

Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək.

"Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunur. "Şahdəniz-2" layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri,  98 faiz səviyyəsində icra edilib. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra olunub. 

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur.

Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və  Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır.

Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib.

2017-ci il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq.

Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək.

İxracın təşviqi mexanizmi uğurla icra olunur.

Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Bu, böyük uğurdur, tarixi nailiyyətdir. 

Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən Azərbaycanın gələcəyinə çox böyük inam var. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub. 

Azərbaycan uğurlu inkişafını davam etdirəcək və həmişə zirvələrdə olacaq

İlin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır.

Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha böyük olmalıdır.

Hazırda sahibkarlara verilən güzəştli kreditlərin tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. İlin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilməlidir.

Rayonlararası və kənd yolları ilə bağlı il ərzində prezident tərəfindən çoxlu sərəncamlar verilmişdir, bu sərəncamların icrası turizmin inkişafını sürətləndirəcək.

Azərbaycanda bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmamalıdır.

Gələn il 100 min hektar sahəyə yeni kanallar çəkilməlidir. Azərbaycanda yeni süd zavodları yaradılmalıdır.  Bundan sonra ən azı üç böyük logistik mərkəz lazımdır - Mərkəzi Aran, şimal və cənub zonalarında.

Hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Bu istixanaların böyük hissəsi ixraca hesablanıb və beləliklə, ölkənin ixrac potensialı daha da artacaq.

Azərbaycanda 38 aqroparkın yaradılması prosesi gedir. Onlardan ikisi artıq fəaliyyət göstərir.

Neftçala Sənaye Məhəlləsi açılıb. Balaxanıda, Masallıda sənaye zonaları, Mingəçevirdə böyük tekstilyönümlü yüngül sənaye zonası, Hacıqabul rayonunda sənaye məhəlləsi yaradılır. Gələn il də bir neçə rayonda sənaye zonalarının yaradılması ilə bağlı praktiki işlər başlanacaq.

Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq.

Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur, bununla həm boyadan, həm də iplikdən xarici asılılığa son qoyulacaq.

"ASAN xidmət" mərkəzlərinin tikintisi davam etdirilir. Yaxın aylarda Mingəçevir və Quba şəhərlərində, gələn il isə Şəki və İmişli şəhərlərində yeni mərkəzlər açılacaq.

Son illər turizm sürətlə inkişaf edir. Yeni otellərin tikintisi mütləq təmin edilməlidir.

Strateji Yol Xəritələrinin icrası tam təmin olunmalıdır. Monitorinq göstərir ki, bəzi qurumlarda Strateji Yol Xəritələrinin icrası 50 faiz, 70 faiz, bəzi qurumlarda isə 10-15 faizdir. Bunun izahatı tələb olunmalı, gecikməyə yol verən qurumlar tezliklə işlərində dönüş yaratmalıdırlar.

Sənayenin, kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub Qaz Dəhlizi" layihələrinin icrası, "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi əsas prioritetlərdir. Bundan sonrakı illərdə də Azərbaycan uğurla inkişaf edəcək və həmişə zirvələrdə olacaq.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı